Bank Of Baku

«Təmiz Şəhər» ekoloji fotomüsabiqə keçirir

«Təmiz Şəhər» ekoloji fotomüsabiqə keçirir
# 09 avqust 2011 10:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İctimaiyyətin diqqətini Bakı şəhərinin təmizliyinin qorunmasına cəlb etmək və əhalinin ekoloji mədəniyyətini inkişaf etdirmək məqsədilə «Təmiz Şəhər» ASC «Mobiloqrafiya» foto yarışmasına start verib.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, foto sənədinin bir növü olan «Mobiloqrafiya» müsabiqəsində peşəkar fotoçəkiliş üçün nəzərdə tutulmayan rəqəmsal kameralı avadanlığı (mobil telefon, noutbuk, planşet kompyuter və s.) olan hər kəs iştirak edə bilər. Şəhərin təmizliyinin qorunub saxlanılması və tullantılarla düzgün rəftar edilməsi məqsədilə şəhəri çirkləndirənlərin ifşa olunması, sakinlərin dürüst davranışı və ictimaiyyətin rolunu əks etdirən şəkillər müsabiqədə iştirak hüquqi qazanacaq. Şəhərin təmiz saxlanılması və ya çirklənməsində rolu olan insan və onun fəaliyyətini və ya «fəaliyyətsizliyini» əks etdirən şəkillər müsabiqənin əsas mövzusudur.

Dörd ay davam edəcək yarışmada iştirak etmək istəyənlər «Mobiloqrafiya»nın rəsmi veb-saytına (www.mq.foto.az) daxil olaraq bu müsabiqəyə qatıla bilər. Müsabiqənin nəticələri səsvermə üzrə müəyyən olunacaq. «Mobiloqrafiya» müsabiqəsinin yekununda təşkil olunacaq sərgidə səsvermə, münsiflər heyətinin rəyi və digər nominasiyalar üzrə qalib gəlmiş gənc fotoqraflar sertifikat və hədiyyələrlə təltif olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR