Bank Of Baku

Azərbaycanda satışa çıxarılan kolbasa məhsullarının analizlərinin nəticələri açıqlanıb

Azərbaycanda satışa çıxarılan kolbasa məhsullarının analizlərinin nəticələri açıqlanıb
# 09 avqust 2011 13:12 (UTC +04:00)
Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin APA-ya verdiyi məlumata görə, monitorinq zamanı kolbasa məhsullarının təhlükəsizlik göstəriciləri yoxlanılıb: “Yüz növ kolbasa məhsulundan nümunə götürülüb. Analizlər zamanı onlardan ikisində bağırsaq çöpləri aşkarlanıb, birində isə kimyəvi müayinələrə görə, normadan kənara çıxma halları aşkar olunub. Onlar mağazalardan yığışdırılıb. Hazırda həmin kolbasa məhsulları təkrar araşdırılır. İstehsal müəssisələrindən götürülən nümunələr təkrar müayinə edilir”.
İ. Abdullayevin sözlərinə görə, təkrar müayinələrin nəticələri yaxın günlərdə açıqlanacaq: “Belə hallar aşkar edildikdə məhsuldan təkrar ikiqat nümunələr götürülür. Bu nümunələrdə də qeyri-normallıq aşkar edilsə, bu məhsulların istehsalçılarının adları açıqlanacaq”.
Kolbasa məhsullarının yoxlanılması ildə iki dəfədən az olmayaraq aparılır. Bu məqsədlə yerli və xaricdən gətirilən kolbasalardan nümunələr götürülür.
Qeyd edək ki, hazırda ölkədə satılan kolbasa məmulatlarının 70 faizi yerli istehsalın payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR