Bank Of Baku

Qəbələdə MDB ölkələrinin tələbələri üçün yay məktəbi təşkil edilib

Qəbələdə MDB ölkələrinin tələbələri üçün yay məktəbi təşkil edilib
# 09 avqust 2011 14:14 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov - APA. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), MDB-yə üzv Ölkələrin Hökumətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qəbələ rayonunda təşkil edilən tələbələrin yay məktəbinin açılışı olub. APA-nın məlumatına görə, avqustun 9-da “Yeddi Gözəl” istirahət mərkəzində təşkil edilən “MDB Ölkələri Tələbə Liderlərin Yay Məktəb-Düşərgəsi”nın açılışında gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Fəttah Heydərov, ATGTİ-nin sədri Şahin İsmayılov, rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək Azərbaycanda ilk dəfə MDB-yə üzv ölkələrin tələbələri üçün təşkil edilən yay düşərgəsinin əhəmiyyətindən danışıblar.
Məlumat verilib ki, avqustun 13-dək davam edəcək yay düşərgəsində 75 nəfər yerli və xarici tələbə 4 komandaya - “Bakı”, “Naxçıvan”, “Şuşa” və “Gəncə” komandalarına bölünərək hər gün 4 müxtəlif mövzuda keçiriləcək təlimlərdə iştirak edəcək, gündəlik divar qəzeti hazırlayacaq, simulyasiya oyunlarına qatılacaq, bilik yarışlarında iştirak edəcək və sosial gecələrdə komanda fəaliyyətlərini təqdim edəcəklər. Düşərgədə bütün komandalara xallar veriləcək, qalib komandaya qiymətli hədiyyələr təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR