Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasına baxış keçiriblər

Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasına baxış keçiriblər
# 09 avqust 2011 14:40 (UTC +04:00)
Bakı-APA. İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm qrupunun üzvləri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlar istintaq altında olan bir sıra şəxsləri qəbul edib, təkbətək söhbət aparıb, hüquqlarını izah ediblər. İstintaq Təcridxanasında saxlanılan Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və digər istintaq altında olan şəxslərlə söhbət zamanı onlar saxlanma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından şikayət etməyiblər. Eyni zamanda saxlanılanların bəziləri barələrində aparılan istintaqdan narazı olduqlarını bildiriblər. İstintaq Təcridxanasının rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR