Bank Of Baku

Bakıda sağlamlıq üçün təhlükəli dondurmalar aşkarlanıb

Bakıda sağlamlıq üçün təhlükəli dondurmalar aşkarlanıb
# 09 avqust 2011 15:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan paytaxtında uşaqların sağlamlığı üçün təhlükəli olan dondurmalar aşkarlanıb.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, ev 409 ünvanında İlham Məmmədova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müvafiq keyfiyyətdə sabit istehsalına şərait, habelə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edilən dondurmaların fiziki-kimyəvi və mikrobioloji göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmaması ilə əlaqədar dondurma istehsalı və satışının dayandırılması barədə bu təsərrüfat subyektinə icrası məcburi göstəriş verilib.

«Bu müəssisədə istehsal edilmiş dondurmaların insanların, xüsusilə də uşaqların sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğunu, həmçinin müəssisədə dondurmanın müvafiq keyfiyyətdə sabit istehsalına şəraitin olmadığını nəzərə alaraq, İ.Məmmədov tərəfindən dondurma istehsalı üçün gigiyenik və uyğunluq sertifikatlarının alınması barədə müraciət ediləcəyi halda yol verilmiş qanun pozuntularının nəzərə alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinə və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edilib», - deyə Nazirlikdən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR