Bank Of Baku

Marneulidə azərbaycanlılar yaşayan kəndə canavar sürüsü hücum edib

Marneulidə azərbaycanlılar yaşayan kəndə canavar sürüsü hücum edib
# 09 avqust 2011 15:41 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Ambarovka kəndinə ötən gecə canavar sürüsü hücum edib. Bu barədə APA-nın Gürcüstan bürosuna kənd sakinləri məlumat verib. Canavarlar kənd sakinləri Veyis Allahverdiyevin və Yaqub Vəliyevin həyətində olan qoyunları və iki uzunqulağı parçalayıblar. Səsə gələn kənd sakinləri canavarları qovublar. Sakinlər canavar sürüsünün Kür çayının sol sahilində yerləşən Qarayazı meşələrindən tez-tez çayın sağ sahilinə keçdiklərini, Yağlıca otlaqlarında qoyun sürülərinə hücum etdiklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR