Bank Of Baku

Yaxın günlərdə Azərbaycan paytaxtında yağmursuz hava şəraiti proqnozlaşdırılır

Yaxın günlərdə Azərbaycan paytaxtında yağmursuz hava şəraiti proqnozlaşdırılır
# 10 avqust 2011 09:14 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25, gündüz 29-34 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Avqustun 12-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 11-də hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-34, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti gözlənilir.

Avqustun 12-də hava əsasən yağmursuz keçəcək. Lakin 12-də axşam, 13-də gecə və axşam bəzi dağlıq və dağətətyi rayonlarda yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR