Bank Of Baku

Gəncədə atmosferi normadan artıq çirkləndirən avtomobillərlə bağlı reyd keçirilir

Gəncədə atmosferi normadan artıq çirkləndirən avtomobillərlə bağlı  reyd keçirilir
# 10 avqust 2011 10:55 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə şəhərində ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə ekologiyanı normadan artıq çirkləndirən avtomobillərlə bağlı reydlər keçirilir. APA-nın qərb bürosunun xəbərinə görə, 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin, Dövlət Yol Polisi əməkdaşlarının birgə keçirdikləri reyd zamanı yol polisləri tərəfindən avtomobillərin mühərriklərindən çıxan zəhərli qazların norması yoxlanılır. Atmosferə normadan artıq zəhərli qaz buraxan avtomobil sürücüləri müvafiq qaydalara uyğun olaraq cərimələnirlər.

Reydlər avqust ayının 1-də başlayıb və ayın 31-dək davam edəcək.

Qeyd olunub ki, “Atmosfer havasının mühafizəsi haqqında” qanuna əsasən ətraf mühitə atılan tullantılarda müəyyən edilən normadan artıq çirkləndirici maddələr olduğu halda avtomobil sürücüləri 20 manatdan 30 manatadək cərimələnir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR