Bank Of Baku

Azərbaycanda muzdla çalışan işçilərin orta siyahı sayı 1,373 mln. nəfərə çatıb

Azərbaycanda muzdla çalışan işçilərin orta siyahı sayı 1,373 mln. nəfərə çatıb
# 10 avqust 2011 10:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun ayında Azərbaycanda müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1 372,6 min nəfər olub və onların 859,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 513,4 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, muzdla işləyənlərin 25,2%-i təhsildə, 19,6%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,1%-i sənayedə, 10%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6%-i tikintidə, 4,8%-i nəqliyyat və anbar təsərrüfatında, 4%-i dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat sahəsində, 3,3%-i peşə, elmi və texniki fəaliyyəti sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində və 11,6%-i iqtisadiyyatın digər sahələrində məşğul olub. Muzdlu əsaslarla çalışan işçilərin 21%-i məhsul istehsalı sahələrində cəmlənib.

«Cari ilin iyun ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8% artaraq 358,9 manat təşkil edib. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olub», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR