Bank Of Baku

Həkimlər epidemiologiya və gigiyena ixtisasları üzrə imtahan veriblər

Həkimlər epidemiologiya  və gigiyena ixtisasları üzrə imtahan veriblər
# 10 avqust 2011 11:45 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Səhiyyə Nazirliyi (SN) tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi çərçivəsində növbəti imtahanlar keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həkimlər epidemiologiya və gigiyena ixtisasları üzrə imtahan veriblər.

Qeyd edək ki, sertifikasiyaya dair test imtahanlarına 2011-ci ilin yanvar ayında start verilib. Sertifikasiya prosesinin birinci mərhələsində tibb mütəxəssislərinin hər biri ixtisaslarına uyğun test imtahanlarında iştirak edirlər. Birinci mərhələdən müvəffəqiyyətlə keçən tibb mütəxəssisləri ikinci mərhələyə - müsahibəyə dəvət olunurlar. Test imtahanları Səhiyyə Nazirliyinin Respublika Elmi-Tibbi Kitabxanasının binasında keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR