Bank Of Baku

Azərbaycanlı tələblərin Almaniya ali təhsil ocaqlarında təhsili almaları üçün müsabiqə elan edilib

Azərbaycanlı tələblərin Almaniya ali təhsil ocaqlarında təhsili almaları üçün müsabiqə elan edilib
# 10 avqust 2011 12:33 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Azərbaycanlı tələblərin Almaniyanın Berlin, Hamburq və Münhen universiteti kimi aparıcı ali təhsil ocaqlarında təhsil almaları üçün müsabiqə elan edilib. APA-nın Almaniyanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, Almaniyanın Kopernikus İctimai Birliyi tərəfindən aparılan müsabiqə çərçivəsində ümumilikdə Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən olan tələbələr üçün təqaüd proqramı təşkil edilib. Alman universitetlərinin birində bir semestr təhsil almaqla yanaşı təqaüdlər bir neçə ay müvafiq alman firması və ya idarəsində təcrübə də keçəcəklər. Açıqlamaya görə, hüquq, iqtisadiyyat, sosial və humanitar elmlər üzrə ən azı iki il universitet təhsili olan, yaxşı və ya əla alman dili biliklərinə malik, cəmiyyətdə fəal olan azərbaycanlı tələbələr bu proqramda iştirak etməyə dəvət olunurlar.
Sənədlər sentyabrın 1-dək qəbul olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR