Bank Of Baku

TQDK ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrini açıqlayıb

TQDK ali təhsil  müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrini açıqlayıb
# 10 avqust 2011 14:38 (UTC +04:00)
Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, nəticələr bu gün saat 17:15-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1077 nəfər, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 7393 nəfər qəbul olub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 12-dən 18-dək, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə avqustun 15-dən 29-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR