Bank Of Baku

BDU rektoru ABŞ-ın Azərbaycandakı səfirliyinin müşavirlərini qəbul edib - FOTO

BDU rektoru ABŞ-ın Azərbaycandakı səfirliyinin müşavirlərini qəbul edib  - <font color=red>FOTO</font>
# 10 avqust 2011 14:38 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Kis Bin, səfirliyin təhsil və mədəniyyət işləri üzrə müşaviri Kris Consu qəbul edib. BDU-nun mətbuat və İnformasiya şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun UQRAD və digər təhsil mübadilə proqramları ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, 2-ci və 3-cü kurs tələbələri üçün nəzərdə tutulan UQRAD proqramının müddəti 1 ildir. Maliyyə xərcləri Dövlət Departamenti tərəfindən ödənilən proqramda fizika, kimya, biologiya, iqtisadiyyat, biznes, hüquq, kompüter elmləri fakültələrinin tələbələri iştirak edə bilərlər. Qonaqlar BDU tələbələrinin hər il UQRAD proqramına qatıldıqlarını və yüksək göstəricilər əldə etdiklərini deyən qonaqlar, nəticədən məmnun olduqlarını bildiriblər. Rektor Abel Məhərrəmov da öz növbəsində proqramla bağlı fikirlərini bölüşüb, universitetin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin 2 nəfər tələbəsinin yüksək müsabiqə şərtlərinə baxmayaraq, proqramın qalibləri olmalarından danışıb, universitetin bütün fakültələrində ingilisdilli qrupların yaradılmasının planlaşdırıldığından bəhs edib.
BDU rektoru bu gün, həmçinin ABŞ Ədliyyə Departamentinin Xaricdə Prokurorluğun İnkişafına Yardım Proqramının Avroasiya üzrə Regional direktoru, McGill universitetinin dosenti Katerina Nyukamı qəbul edib. Qonaq universitetin hüquq fakültəsi ilə tanış olmaq istəyib. Universitet haqqında məlumat verən rektor A.Məhərrəmov onun beynəlxalq əlaqələrindən, ABŞ universitetləri ilə əməkdaşlıqdan, hüquq sahəsində münasibətlərin qurulmasından bəhs edib. Hüquq fakültəsində bir çox fənlərin tədrisində elmi məktəbin formalaşdığını deyən rektor, ekologiya, insan, kommersiya, beynəlxalq ekologiya, dəniz hüquqları sahəsində də elmi məktəblərin formalaşmasının vacibliyini qeyd edib. O, bildirib ki, bu sahələrin daha da inkişafı üçün tələbələrin Avropa, Amerika universitetlərində təhsillərini davam etdirmələri, müəyyən müddətdə tədqiqat aparmaları və təcrübə keçmələri məqsədəuyğun olardı.
K.Nyukam hüquq sahəsində əlaqələrin qurulması, daha da dərinləşməsi, irəli sürülən təkliflərin reallaşması üçün çalışacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR