Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçiriblər

Ombudsman Aparatının əməkdaşları DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçiriblər
# 10 avqust 2011 16:29 (UTC +04:00)
Bakı-APA. İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm qrupunun üzvləri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama təcridxanasına başçəkmə həyata keçiriblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, qrupun üzvləri burada saxlanılan şəxslə təkbətək görüşərək söhbət aparıb, hüquqlarını izah ediblər. Söhbət zamanı o, saxlanma şəraitindən və MST əməkdaşları tərəfindən ona qarşı rəftardan narazılıq etməyib. Həmin şəxsin razılığı ilə onun bədəninə vizual baxış keçirilib, xəsarət əlamətləri aşkar edilməyib. MPM qrupunun üzvləri həmçinin müəssisədə saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar. Müəssisə rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR