Bank Of Baku

Ağstafa və Qazaxda son tunc-ilk dəmir dövrünə aid tədqiqat işlərinə başlanılıb

Ağstafa və  Qazaxda son tunc-ilk dəmir dövrünə aid tədqiqat işlərinə başlanılıb
# 11 avqust 2011 10:00 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qazax arxeoloji ekspedisiyası son tunc-ilk dəmir dövrünə aid Yastıtəpə (Ağstafa) və Sarvantəpə (Qazax) yaşayış yerlərində tədqiqat işlərinə başlayıb. İnstitutdan APA-ya verilən məlumata görə, tədqiqat işləri tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfovun rəhbərliyi ilə həyata keçirilir. Bu il təşkil olunmuş arxeoloji ekspedisiya Sarvantəpə yaşayış yerində geniş arxeoloji tədqiqatlar aparacaq.
Qeyd edək ki, keçənilki qazıntılar zamanı yaşayış yerinin ərazisindən xeyli maddi mədəniyyət nümunələri, son tunc-ilk dəmir dövrünə aid tikinti qalıqları, xeyli sayda müxtəlif ölçülü təsərrüfat quyuları, iri küplər və sair aşkar edilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR