Bank Of Baku

Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən 8 aptekin fəaliyyəti dayandırılıb

Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən 8 aptekin fəaliyyəti dayandırılıb
# 11 avqust 2011 10:51 (UTC +04:00)
Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana əsasən keçirilən reyd zamanı ümumilikdə respublika üzrə 59 aptekə baxış keçirilib, onlardan 12 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 39 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 8 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanıb. Aşkar olunan qeyri-qanuni apteklərin fəaliyyətləri dayandırılıb.
Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 3 aptekə İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi ilə protokollar tərtib edilib. Həmçinin keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı olmayan 1150 seriya (4987 qutu), istifadə müddəti bitmiş 12 qutu dərman preparatları aşkarlanaraq müsadirə edilib. Respublikaya idxal olunan 12540 seriya dərman preparatlarının nümunələrinin laborator yoxlamaları aparılıb.
SN-nə yeni təşkil olunan aptek təşkilatlarına baxış keçirilməsi ilə əlaqədar daxil olmuş məktublar əsasında respublikanın müxtəlif bölgələrində yaradılacaq 368 obyektə baxış keçirilərək 279 obyektə müsbət, 89 obyektə mənfi rəylər tərtib edilib. Nazirliyin “qaynar xətt”i vasitəsilə Mərkəzə 74 müraciət daxil olub. Apteklərdən alınan dərman vasitələrinin seriyalarının yoxlanması məqsədilə olunan müraciətlər çoxluq təşkil edib.
Son altı ay ərzində 492 adda dərman vasitəsi dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikasının Dövlət Reyestrinə salınıb. Hazırda reyestrdə 3940 adda dərman vasitəsi var ki, bunların da ölkə ərazisinə idxalına və istifadəsinə icazə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR