Bank Of Baku

Azərbaycanda işçini həmkarlar təşkilatının icazəsi olmadan işdən çıxarmaq qadağandır

Azərbaycanda işçini həmkarlar təşkilatının icazəsi olmadan işdən çıxarmaq qadağandır
# 11 avqust 2011 11:08 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov bildirib.

Onun sözlərinə görə, bəzi şirkətlər işçilərin maaşlarını düzgün rəsmiləşdirmir, nəticədə gələcəkdə işçinin pensiya kimi alacağı Sosial Müdafiə Fonduna ödəmələri tam həcmdə yerinə yertirilmir: «Kiminsə real əmək haqqı 300 manatdırsa, amma sənəddə bu 100 manat göstərilirsə, gələcəkdə onun pensiyası 100 manata əsasən hesablanacaq».

Bundan başqa, yerli şirkətlərdə də işçilərin vaxtından çox işlədilməsi, iş şəraitinin yaxşı olmaması müşahidə edilir. Məsələn, yayın isti günlərində tikinti şirkətlərinin bəzilərində işlər açıq havada davam etdirilir.

A.Dadaşovun sözlərinə görə, iş yerində əmək hüquqlarının pozulmasının əsas səbəblərindən biri işçilərin qanunvericilik və öz hüquqlarından lazımınca xəbərdar olmaması ilə bağlıdır.

Konfederasiya sədrinin müavini misal olaraq bildirib ki, bir qədər əvvəl Əmək Məcəlləsinə həmkarlar ittifaqları üçün vacib olan maddə salınıb. Bu maddəyə əsasən, işəgötürən həmkarlar ittifaqına üzv olan işçini işdən çıxarmaq üçün həmkarlar təşkilatından yazılı icazə almalıdır. Yəni, işəgötürən həmkarlara müraciət edir, öz növbəsində həmkarlar təşkilatı 10 gün ərzində öz rəyini bildirir: «Məsələn, bir qədər əvvəl Azərbaycan Dəmir Yolunda təşkilati dəyişiklik baş verəndə – təşkilat Səhmdar Cəmiyyətə çevriləndə orada işçilərin bir hissəsinin ixtisarı məsələsi ortaya çıxmışdı. Onda biz bu maddənin köməyi ilə onları işdə saxlaya bildik. Nəticədə, orada ixtisara düşənlər çox az oldu, onlar da əsasən pensiya yaşını keçənlər idi».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR