Bank Of Baku

Salyanda XIX əsrdə inşa edilmiş Ağa Hüseyn Cümə Məscidi bərpa olunub - FOTO

Salyanda XIX əsrdə inşa edilmiş Ağa Hüseyn Cümə Məscidi bərpa olunub   - <font color=red>FOTO </font>
# 11 avqust 2011 12:03 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonu ərazisində XIX əsrdə inşa edilmiş Ağa Hüseyn Cümə Məscidi bərpa olunub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayonu mədəniyyət və turizm şöbəsindən bildirilib. 1865-ci ildə usta Kərbəlayi Əli Əkbər tərəfindən inşa edilmiş Ağa Hüseyn Cümə Məscidi sovet hakimiyyəti illərində anbar, 80-ci illərdə isə rəsm qalereyası kimi fəaliyyət göstərib. Cümə Məscidi 1992-ci ildən məscid kimi fəaliyyət göstərsə də, 2003-cü ilin Kür daşqınları zamanı qrunt sularının təsirindən dağılıb. 2010-cu ilin oktyabrından Azərbaycan Prezidentinin sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyi bu tarixi-memarlıq abidəsinin bərpasına başlayıb. Bərpa işləri zamanı məscidin əvvəlki materiallarından istifadə olunub. Sovet hakimiyyəti illərində uçurulmuş 18 gümbəz əvvəlki vəziyyətində bərpa edilib. Məscidi qrunt sularından qorumaq üçün avtomatik olaraq işə düşən yeraltı drenaj sistemi yaradılıb, ətrafda yaşıllıq salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR