Bank Of Baku

Aqil Dadaşov: «Azərbaycanda əmək hüququ pozulanlar məhkəmələrə müraciət etmirlər»

Aqil Dadaşov: «Azərbaycanda əmək hüququ pozulanlar məhkəmələrə müraciət etmirlər»
# 11 avqust 2011 14:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda əmək hüquqları pozulanların cüzi bir hissəsi hüquqlarını bərpa etmək üçün məhkəmələrə müraciət edirlər. «APA-Economics»in məlumatına görə, bunu Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı məhkəmələrə müraciətlərin az olmasının səbəbi məhkəmələrə inamın hələ aşağı səviyyədə olmasıdır: «Baxmayaraq ki, indiki məhkəmələr sovet dövründəki və əvvəlki illərdəki kimi deyil, bu gün Azərbaycanda məhkəmə sisteminə adamların inamı tam bərpa olunmayıb. Bu inamı bərpa etmək lazımdır, onda hər bir adam məhkəməyə üz tuta bilər».

Sədr müavininin sözlərinə görə, Həmkarlar İttifaqları Konfederasiyası ona daxil olan müraciətləri araşdırar və özünün həll edə bilmədiyi məsələlər olanda şikayətçiyə məhkəməyə müraciət etməyi tövsiyə edir. «Belələri Konfederasiya tərəfindən pulsuz vəkillə təmin olunur», - deyə A.Dadaşov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR