Bank Of Baku

Masallıda şəhid Zülfü Kərimovun “Vətən uğrunda” medalı ailəsinə təqdim olunub - FOTO

Masallıda şəhid Zülfü Kərimovun  “Vətən uğrunda” medalı ailəsinə təqdim olunub - <font color=red>FOTO</font>
# 11 avqust 2011 14:51 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Masallı rayonunun Qızılağac kəndində anadan olmuş şəhid Zülfü Habil oğlu Kərimovun ölümündən sonra təltif edildiyi “Vətən uğrunda” medalı ailəsinə təqdim olunub. APA-nın Cənub bürosunun məlumatına görə, bu gün Masallı Rayon İcra Hakimiyyətində (RİH) medalın təqdim olunma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Masallı RİH başçısının müavini İsa Nuriyev ölkədə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlara göstərilən dövlət qayğısından danışıb. O şəhid Zülfü Kərimovun böyük hünər göstərdiyini, elə bunun üçün də dövlət tərəfindən onun xidmətinə layiqli qiymət verildiyini deyib.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin cənub zonası üzrə Qazisi Mirqiyas Təhməzov, Qızılağac kənd orta məktəbin direktoru Təvəkkül Nəsirov, şəhidin qohumu Vüqar Əmənov və başqaları çıxış edərək şəhid Zülfü Kərimovla bağlı xatirələrini danışıblar.
Sonra şəhidin medalı anası Fatimə Kərimovaya təqdim olunub. Şəhid anası ölkə başçısı İlham Əliyevə ailəsi adından minnətdarlığını bildirərək, övladının Vətən yolunda şəhid olduğuna görə, qürur duyduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR