Bank Of Baku

Prokurorluq orqanlarında işə qəbulla bağlı müsabiqənin ikinci mərhələsindən keçən namizədlərin siyahısı açıqlanıb

Prokurorluq orqanlarında işə qəbulla bağlı müsabiqənin ikinci mərhələsindən keçən namizədlərin siyahısı açıqlanıb
# 12 avqust 2011 07:44 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yazılı imtahan mərhələsindən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı Baş Prokurorluğun saytında (http://www.genprosecutor.gov.az/index.php?/az/news/view/274/) yerləşdirilib.

Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət əldə edən 136 namizəd Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində 15 avqust 2011-ci il tarixdən şəxsiyyət vəsiqəsini təqdim edərək tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcək. Müsahibə mərhələsi 2011-ci il avqust ayının 18-dən etibarən Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri, N. Rəfibəyli küçəsi, 7). Namizədlər həmin gündən başlayaraq növbəlilik qaydasında müsahibəyə dəvət ediləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR