Bank Of Baku

TQDK sədri: “Ali məktəblərə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul prosesi başa çatıb”

TQDK sədri: “Ali məktəblərə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul prosesi başa çatıb”
# 12 avqust 2011 08:03 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. M. Abbaszadə deyib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar sənədlərini qəbul olduqları müəssisələrə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd olunub ki, ali təhsil müəssislərinə əsas yerləşdirmə zamanı qəbul olunanlar avqustun 18-dək, ali məktəblərin boş qalan plan yerlərinə qəbul olunanlar avqustun 12-dən 18-dək, magistraturaların boş qalan plan yerlərinə qəbul olunanlar avqustun 19-dək, tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə avqustun 15-dən 29-dək sənədlərini təhsil müəssisələrinə təqdim edib, qeydiyyatdan keçməlidirlər.
TQDK sədri onu da bildirib ki, qeyd olunan müddətdə qeydiyyatdan keçməmək həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olunması haqda əmri tədris müəssisəsinə göndərilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR