Bank Of Baku

Azərbaycan paytaxtında həftə sonu yağmursuz, dəyişkən buludlu hava şəraiti proqnozlaşdırılır

Azərbaycan paytaxtında həftə sonu yağmursuz, dəyişkən buludlu hava şəraiti proqnozlaşdırılır
# 12 avqust 2011 09:00 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, avqustun 13-də havaların dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25, gündüz 32-37 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə təşkil edəcək.

Avqustun 14-də havalar az buludlu, yağmursuz keçəcək, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 34-38 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da həftə sonu yağmursuz hava şəraiti proqnozlaşdırılır. Avqustun 13-də bölgələrdə hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq. Avqustun 14-də də hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR