Bank Of Baku

Marneulidə təşkil edilən iftar məclisində Gürcüstan Müsəlmanları İdarəsinn fəaliyyətindən narazılıq ifadə edilib - FOTO

Marneulidə təşkil edilən iftar məclisində Gürcüstan Müsəlmanları İdarəsinn fəaliyyətindən narazılıq ifadə edilib   - <font color=red>FOTO</font>
# 12 avqust 2011 09:08 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, belə tədbirin keçirilməsi artıq ənənə halını alıb və üçüncü ildir ki, keçirilir. İftar süfrəsində bölgə qubernatoru David Kirkitadze, oruc tutan müsəlmanlar, mədrəsə və dini cəmiyyətlərin rəhbərləri, rayon və bölgə rəsmiləri, yeni yaradılan Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbərlərindən Vaqif Əkbərov, imam Yasin Əliyev iştirak ediblər. İftar məclisini Marneulidə nəşr olunan “Əhli-Beyt” jurnalının baş redaktoru Hacı Rizvan İsmayılov açaraq bütün müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib. Sonra Rizvan İsmayılov bölgə qubernatoru David Kirkitadzeyə və müsəlmanlara müraciət edərək, Marneuli ruhaniləri, bölgədəki “Ali Dini Şura” üzvlərinin GMİ-dən olan narazılıqlarını nəzərə çatdırıb: “Yeni yaradılan Gürcüstan Müsəlmanları İdarəsinin təsisçiləri ruhani təhsilli deyil. İdarənin nizamnaməsindəki bir çox kobud səhvlər var. Bütün bunları, eyni zamanda seçkilər, təsisçilər barədə iradlarımızı, mənfi münasibətlərimizi yazılı şəkildə bölgə rəhbərliyinin nəzərinə çatdırmışıq. Təəssüf edirik ki, bizə cavab verilməyib. Biz dindarların çox böyük dəstəyinə malikik. Buna görə də bölgədə fəaliyyət göstərən mədrəsə, dini cəmiyyətlərin rəhbərləri, ruhanilər, “Ali Dini Şura” üzvlərinin imzası ilə ölkə prezidentinə müraciət etmişik. Gürcüstanın demokratiya yolunda atdığı addımlar bizdə ümid yaradır ki, ölkə rəhbərliyi bu dini problemləri müsbət həll edəcək”.
Kvemo-Kartli bölgə qubernatoru iftar məclisində ifadə edilən narazılıqlar barədə açıqlama verməyib. Qubernator APA-ya açıqlamasında bütün müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib və qeyd edib ki, belə iftar məclisləri Bolnisinin Faxralı kəndində, Dmanisidə, Qardabanidə və Gürcüstan paytaxtında təşkil ediləcək.
Rizvan İsmayılov APA-ya açıqlamasında onu da deyib ki, Marneulidəki ruhanilər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fəaliyyətinə qarşı deyil: “Bizim haqqımızda Azərbaycanda mənfi informasiyalar yayılmağa başlayıb. Biz İslam yolunda QMİ-nin həyata keçirdiyi hər hansı tədbiri alqışlayır və gələcəkdə idarənin Gürcüstan nümayəndəliyinin öz işini daha da inkişaf etdirməsini, məscidlərin təmirində fəal iştirakını arzulayırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR