Bank Of Baku

Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq ediləcək

Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq ediləcək
# 12 avqust 2011 11:47 (UTC +04:00)
Sevil. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov ölkə prezidentinin "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq olunması haqqında" sərəncamının icrasını təmin etmək məqsədilə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, əmrə əsasən Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq ediləcək. Əmrə görə, nazirliyin icraya məsul strukturları, yerli təhsili idarəetmə orqanları, təhsil müəssisələrinin rəhbərləri planda nəzərdə tutulan tədbirlərin icrasını təmin etməli və görülmüş işlər barədə bu il dekabrın 20-dək nazirliyin rəhbərliyinə hesabat verməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR