Bank Of Baku

Ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin sınaqdan keçirilməsinə başlanılıb

Ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin sınaqdan keçirilməsinə başlanılıb
# 12 avqust 2011 12:25 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Ünvanlı sosial yardım (ÜSY) üçün alternativ müraciət mexanizmlərinin tətbiqi işləri davam etdirilir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ilkin olaraq, bu sistemin seçilmiş pilot rayonlardan biri olan Cəlilabad rayonunda sınaqdan keçirilməsinə başlanılıb. Avqustun 12-də digər pilot rayon olan Balakən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) alternativ müraciət mexanizmlərinin tətbiqinə start verilib. Bununla əlaqədar keçirilən təqdimat mərasimində ƏƏSMN-nin nümayəndələri, Nazirlik yanında İctimai Şuranın üzvləri, Balakən rayon İcra Hakimiyyətinin və rayon üzrə bələdiyyələrin nümayəndələri iştirak ediblər.

Yeni müraciət mexanizmlərinin əsas cəhəti ÜSY üçün ərizə-anket formalarının həm online rejimdə, həm də poçt idarələri vasitəsi ilə qəbul edilməsindən ibarətdir. Sənəd qəbulundan sonra isə vətəndaşların mobil telefon nömrəsinə və elektron poçt ünvanına (əgər varsa) həmin müraciətin statusu ilə bağlı məlumatların göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, 3 ay müddətində Ünvanlı sosial yardım üçün poçtla və elektron müraciətləri təcrübədən keçirilməsi, həmçinin ƏSMM-lərdə məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və şəffaflığın tam təmin edilməsi məqsədilə işçilərin yeni vəzifə bölgülərinin işlənməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR