Bank Of Baku

Bakıda “e-Gömrük Xidmətləri: Gələcəyə Baxış” mövzusunda III Beynəlxalq Elmi-Praktiki Konfrans keçiriləcək

Bakıda “e-Gömrük Xidmətləri: Gələcəyə Baxış” mövzusunda  III Beynəlxalq Elmi-Praktiki Konfrans keçiriləcək
# 13 avqust 2011 10:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Sentyabrın 12 və 13-də Bakıda “e-Gömrük Xidmətləri: Gələcəyə Baxış” mövzusunda III Beynəlxalq Elmi-Praktiki Konfrans keçiriləcək. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Konfransın əsas məqsədi gömrük işində informasiya sistemləri və informasiya texnologiyalarının tətbiqi təcrübəsinin öyrənilməsi, gömrük xidmətində informasiya texnologiyalarının gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsidir.

Tədbirdə «Gömrük xidmətində İKT və e-Gömrük xidmətləri», «Gömrük-Biznes əməkdaşlığında İKT-nın rolu» və «Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili» mövzusunda müzakirələr aparılacaq.

Tədbirdə DGK sədri Aydın Əliyev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, həmçinin Rusiya, Türkiyə, Ukrayna və Fransadan məruzəçilər iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR