Bank Of Baku

Bu gün Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir

Bu gün Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir
# 15 avqust 2011 07:29 (UTC +04:00)
Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən APA-ya verilən məlumata görə, iki gün davam edəcək imtahanlar tarix müəllimliyi ixtisası üzrədir. İmtahanlar Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir. Bu gün səhər saat 9-da başlayan imtahanlar axşam saat 6-dək davam edəcək. Hər bir namizəd kompüter vasitəsilə bir saat ərzində 35 sualı cavablandıracaq və imtahan başa çatan kimi topladığı balı öyrənəcək.

Qeyd edək ki, hazırda ölkədə tarix müəllimliyi ixtisası üzrə 223 vakant yer var. Vakant yerlərdən 24-ü Bakı şəhəri üzrə, 199-u isə digər şəhər və rayonlar üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 761 nəfər ərizə verib.

Daha sonra isə biologiya, fizika, riyaziyyat, informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə imtahanlar keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR