Bank Of Baku

Gülüstan qalasında həyata keçirilən qazıntı işləri zamanı qalaya aparan yeraltı gizli yol aşkarlanıb

Gülüstan qalasında həyata keçirilən qazıntı işləri zamanı qalaya aparan yeraltı gizli yol aşkarlanıb
# 15 avqust 2011 08:49 (UTC +04:00)
Sevil Zeynalqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyası tərəfindən Şamaxı rayonundakı Gülüstan qalasında həyata keçirilən qazıntı işləri zamanı qalaya aparan yeraltı gizli yol aşkarlanıb. İnstitutdan APA-ya verilən məlumata görə, həmin yol mühasirələr zamanı düşmənə arxadan zərbə vurmaq və qala işğal edilərsə, Şirvanşahın qalanı tərk etməsi üçün nəzərdə tutulub. Gizli yol Gülüstan qalasının yaxınlığından keçən Zoğalavay çayının sahilinə çıxır. Yolun yaxınlığında çayın sahilində Pirdirəki ilə Gülüstanı birləşdirən körpünün qalıqları da aşkara çıxarılıb.

Tarixçi alimlərin fikrinə görə, qalanın döyüşçüləri mühasirələr zamanı bu yol vasitəsilə qaladan enib Zoğalavay çayının sahilində olan bulaqlardan su götürüblər. Həmin əraziyə baxış keçirilərkən yeraltı yolun yaxınlığında kükürdlü və təmiz suyu olan bir neçə bulaq aşkarlanıb.

Xatırladaq ki, arxeoloji turizm baxımından böyük əhəmiyyətə malik Gülüstan qalası Azərbaycanın çətin dövrlərində qanlı çaxnaşmaların, dramatik səhnələrin şahidi olub. Müharibələr zamanı Gülüstan qalası öz əzəməti ilə düşmən ordularına qarşı dayanan birinci hərbi istehkam tipli qalalardan olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR