Bank Of Baku

Ankarada “Azərbaycan Evi” açılıb

Ankarada “Azərbaycan Evi” açılıb
# 15 avqust 2011 10:18 (UTC +04:00)
Bakı-APA. Ankaranın Keçiören Rayon Bələdiyyəsi və Azərbaycanın Türkiyədəki səfirliyi
Beynəlxalq Ramazan Şənlikləri çərçivəsində “Azərbaycan Günü” adlı tədbir təşkil edib. Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində şənliklərin olduğu ərazidə “Azərbaycan Evi” açılıb. Evdə Azərbaycana xas tarixi, ədəbi, mədəni, iqtisadi əyani təbliğat materialları həm nümayiş etdirilib, həm də “Azərbaycan Evi”ni ziyarətə gələn tədbir iştirakçılarına paylanılıb. “Azərbaycan Evi”ndə, həmçinin Azərbaycanı tanıdan video təqdimat da nümayiş etdirilib.
Tədbiri Keçiören Bələdiyyəsinin sədri Mustafa Ak açıb. O, öz açılış nitqində iki ölkənin yaxın qardaşlıq əlaqələrindən və bu əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyindən bəhs edib.
Daha sonra Azərbaycan səfirliyinin Müvəqqəti İşlər Vəkili Ceyhun Zeynalov öz çıxışında belə tədbirlərin əhəmiyyətindən bəhs edib, “Azərbaycan Günü”nə qatılan ankaralılara dərin minnətdarlığını bildirib. Daha sonra Keçiören Bələdiyyəsinin rəqs qrupu Azərbaycana xas müxtəlif rəqslər nümayiş etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR