Bank Of Baku

Gürcüstanda bəzi rayonlara yağan güclü dolu təsərrüfatlara ziyan vurub

Gürcüstanda bəzi rayonlara yağan güclü dolu təsərrüfatlara ziyan vurub
# 15 avqust 2011 10:25 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda bəzi rayonlara dolu düşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, azərbaycanlıların kompakt yaşadığı Qaraçöp mahalının Yor-Muğanlı, Ləmbəli və digər yaxın kəndlərinə əvvəlcə dolu, sonra güclü leysan yağışları yağıb. Kəndlərə ziyan dəydiyi bildirilir. Hələlik dəyən ziyan barədə məlumat verilmir. Kvemo-Kartlinin Zalqa bölgəsinə yağan güclü dolu ərazidəki taxıl və kartof sahələrinə ciddi ziyan vurub. Zalqa rayon İcra Hakimiyyəti başçısı Revaz Şavloxaşvilinin sözlərinə görə, 800 hektar sahədə becərilən kənd təsərrüfatı məhsulları məhv olub. Sakinlərin məlumatına görə, kənd evlərinin dam örtükləri də zədə alıb, eyni zamanda ev quşları və mal-qara arasında tələfat var. Rayon sakinləri təbii fəlakətin törətdiyi fəsadları aradan qaldırmaq üçün Gürcüstan hökumətinə müraciət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR