Bank Of Baku

SOCAR «Yay Məktəbi-2011» layihəsi üzrə müsabiqənin birinci turu keçirilib

SOCAR «Yay Məktəbi-2011» layihəsi üzrə müsabiqənin birinci turu keçirilib
# 15 avqust 2011 16:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. SOCAR «Yay Məktəbi-2011» layihəsi üzrə müsabiqənin birinci turu çərçivəsində test imtahanı keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, bu tur çərçivəsində imtahana salınmış 60 testdən 35-i məntiqi təfəkkürə, 15-i neft-qaz sənayesi və ARDNŞ haqqında ümümi məlumatlara, 10-u isə ingilis dilinə aid olub. Suallar Şirkətin Baş Ofisinin İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin əməkdaşları və ARDNŞ-ın Təqaüd Proqramının məzunları tərəfindən hazırlanıb.

SOCAR «Yay Məktəbi-2011» müsabiqəsi üçün elan iyulun 13-də ARDNŞ-in rəsmi veb-saytında verilib, ötən müddətdə Azərbaycanın 18, xarici ölkələrin 13 ali məktəbində bakalavriat və magistratura pillələrində avtomatika, İKT, boru kəmərləri, ekologiya, energetika, geoloji kəşfiyyat, hüquq, qaz-neft-mədən, qazma, iqtisadiyyat, kimya-texnologiya, neft-mexanika, tikinti, insan resurslarının idarə edilməsi və digər ixtisasları üzrə əsasən, «yaxşı» və «əla» qiymətlərlə təhsil alan və ya bu il təhsillərini başa vuran 300-ə yaxın gənc Azərbaycan vətəndaşı müsabiqədə iştirak etmək üçün müraciət edib, onlardan 181 nəfəri müsabiqənin birinci turuna vəsiqə qazanıb.

SOCAR «Yay Məktəbi-2011» avqustun 31-dən sentyabrın 12-dək Şıx çimərliyində yerləşən «Ramada» hotelində fəaliyyət göstərəcək. Layihədə iştirak etmək üçün seçiləcək 40 gənc üçün maraqlı proqram hazırlanıb ki, enerji sektorunun bütün sahələrini əhatə edəcək «Yay Məktəbi»nin iştirakçıları interaktiv formada Şirkətin rəhbər işçilərinin mühazirələrini dinləyəcək, praktiki məşğələlər keçəcək, Şirkətin idarə və müəssisələrinə ekskursiya edəcək. İddiaçıların topladıqları ballar avqustun 15-i və ya 16-sı tarixlərində www.socar.az/tehsil saytında elan olunacaq. Yaxın günlərdə 2-ci tura keçid balları müəyyən olunacaq və 1-ci turun qaliblərinin siyahısı açıqlanacaq.

Xatırladaq ki, SOCAR «Yay məktəbi» layihəsinə 2010-cu ildə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR