Bank Of Baku

Xaçmazda Xalça Muzeyi yaradılıb

Xaçmazda Xalça Muzeyi yaradılıb
# 16 avqust 2011 07:24 (UTC +04:00)
Xaçmaz. Zaur Quliyev – APA. Azərbaycanın Xaçmaz şəhərində Xalça Muzeyi yaradılıb. Xaçmaz rayon mədəniyyət şöbəsinin müdiri Nazim Ağayevin APA-nın şimal bürosuna verdiyi məlumata görə, yeni istifadəyə verilən muzeydə hələlik 50-yə yaxın qədim çeşnili xalça nümayiş etdirilir. Bunun 30-u ölkənin şimal bölgəsində toxunmuş xalçalardır. Digər xalçalar isə Azərbaycan Dövlət Xalça Muzeyindən gətirilib. Yaxın vaxtlarda respublikanın digər bölgələrindən gətiriləcək xalçalar muzeydə təbliğ olunacaq. Nazim Ağayev onu da bildirib ki, muzeydə xalçalarla yanaşı, Xaçmaz rayonuna və bütövlükdə şimal bölgəsinə məxsus 100-dək digər eksponat sərgilənir. Gələcəkdə bu muzeyin Azərbaycan Dövlət Muzeyinin filialı kimi fəaliyyət göstərməsi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR