Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz artıb

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz  artıb
# 16 avqust 2011 09:51 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. İlkin məlumatlara əsasən, 2011-ci ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1100,5 milyon manat təşkil edib. Bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 101,8 milyon manat və ya 10,2 faiz çoxdur. DSMF-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hesabat dövründə fondun gəlirlərinin 62,2 faizini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 37,6 faizini dövlət büdcəsindən ayırmalar, 0,2 faizini isə sair daxilolmalar təşkil edib. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2010-cu ilin müvafiq dövrünə nisbətən 11,6 faiz və ya 71,4 milyon manat artaraq 684,9 milyon manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 57,6 faizi və ya 394,4 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,9 faiz və ya 45,2 milyon manat artıb. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 15,9 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 22,9 faiz artıb.

2011-ci ilin yanvar-iyul aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 290,5 milyon manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,9 faiz və ya 26,2 milyon manat artıb. Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 2,2 milyon manat təşkil edib.

Bu ilin yanvar-iyul aylarında fondun xərcləri 1059,6 milyon manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün fond tərəfindən 1034,4 milyon manat vəsait yönəldilib. 7 ayda əhaliyə 31,9 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 33,4 faizi hamiləliyə və doğuma görə, 26,8 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,4 faizi dəfn üçün, 22,4 faizi isə digər müavinətlərin payına düşür. Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 25,2 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR