Bank Of Baku

Şirvan şəhərini su ilə təmin edəcək yeni su kanal kompleksinin tikintisi 2012-ci ilin 1-ci yarısında başlayacaq

Şirvan şəhərini su ilə təmin edəcək yeni su kanal kompleksinin tikintisi 2012-ci ilin 1-ci yarısında başlayacaq
# 16 avqust 2011 09:57 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Azəraycanın Şirvan şəhərini su ilə təmin edəcək yeni su kanal kompleksinin tikintisi 2012-ci ilin 1-ci yarısında başlayacaq. Bu barədə APA-nın Mil-Muğan bürosunun yazılı sorğusuna “Azərsu” ASC-dən verilən cavabda qeyd olunub. Qeyd olunub ki, ölkə prezidenti “Azərsu” ASC-nin qarşısında Azərbaycan əhalisinin fasiləsiz, təmiz, keyfiyyətli içməli su ilə təmin olunması tapşırığını qoyub. Bunu təmin etmək üçün həm Bakıda, həm də regionlarda genişmiqyaslı işlərə başlanıb. Şirvan şəhərinin su və kanalizasiya sistemlərinin yenidənqurulması üçün Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə razılıq əldə olunub və buradakı işlər bu qurumun ayıracağı kreditlər hesabına həyata keçiriləcək. Hazırda yenidənqurma layihəsinə uyğun olaraq, Topoqrafik plana alma, Geotexniki tədqiqat işləri aparılır. Şirvanda şəbəkənin yenidənqurulması ilə bağlı işlərə 2012-ci ilin 1-ci yarısında başlanması nəzərdə tutulur. Onun maliyyə tutumu isə layihə işləri başa çatandan və smeta sənədləri tam hazır olandan sonra məlum olacaq.
Şirvan Şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, layihənin smeta dəyəri 102 milyon dollar civarında olacaq.
Qeyd edək ki, Şirvan Su-Kanal İdarəsi sutkada şəhərdəki istehlakçılara 230 min kub metrdən artıq su verir. Şirvanda sutəmizləyici qurğu və şəbəkə 1950-ci illərdə tikildiyindən şəhərin su təchizatında müəyyən problemlər mövcuddur. Kür çayında bulanıqlıq normadan artıq olduqda şəhərin içməli su təchiztında müəyyən fasilılər yaranır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR