Bank Of Baku

BMT Xəzəryanı ölkələrin dənizin çirklənməsi ilə birgə mübarizəyə dair imzaladıqları sazişi alqışlayıb

BMT Xəzəryanı ölkələrin dənizin çirklənməsi ilə birgə mübarizəyə dair imzaladıqları sazişi alqışlayıb
# 16 avqust 2011 12:45 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. Birləşmiş Millətlər Təşkilatı bir qədər öncə Xəzərətrafı ölkələrin dənizdə neft tullantılarına qarşı birgə mübarizəyə dair sazişi alqışlayıb. APA-nın BMT-nin internet saytına istinadən verdiyi məlumata görə, təşkilatın ətraf mühit üzrə programının icraçı direktoru Açim Şteyner bu sazişin dünyanın ən böyük gölündə ekoloji durumu müsbətə doğru dəyişəcəyinə ümid etdiyini bildirib: “ Beş Xəzərətrafı dövlət tərəfindən neft tullantılarına qarşı mübarizəyə dair saziş dənizin ekologiyasını tullantı təhlükələrindən qorumaq və müdafiə etmək əzmi baxmından tarixi bir hadisədir”.

BMT rəsmisinin qənaətincə, Qazaxstanda imzalanmış bu dövlətlərarası saziş hövzədə fövqaladə hallar zamanı çevik hərəkat planının tətbiqinə imkan verəcək: “Potensial ekoloji təsirlər barədə məlumatların təkmilləşdirilməsi beynəlxalq ekoloji əməkdaşlıq və dövlətlərarası münasibətlər üçün mühüm amildir. Beynəlxalq sularda əlaqələndirilmiş fəaliyyət mümkün ekoloji fəsadlardan yayınmaqda ən yaxşı vasitədir”.

Xatırladaq ki, ötən həftə Qazaxstanın Aktau şəhərində Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxstan Xəzər dənizində neft tullantılarına qarşı müştərək mübarizəyə dair saziş imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR