Bank Of Baku

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb
# 16 avqust 2011 14:32 (UTC +04:00)
Komissiyadan APA-ya verilən məlumata görə, test imtahanında ilk olaraq inzibati vəzifələrin 6-7-ci, sonra isə 8-9-cu təsnifatları üzrə qeydə alınmış namizədlər iştirak ediblər. Müsabiqədə iştirak etmək üçün komissiyada 4199 namizəd qeydə alınıb. Onlardan 1148 nəfəri qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla başa vuran namizədlərdən
543 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını, 310 nəfəri 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 295 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Namizədlərdən 815 nəfəri test imtahanında iştirak etməyib. Test imtahanının nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:
İqtisadi İnkişaf Nazirliyində vakant 28 yerə qarşı qeydə alınmış 644 namizəddən 125-i, Təhsil Nazirliyində olan vakant 64 yerə qarşı qeydə alınmış 414 namizəddən 99-u, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi - 10 yerə qarşı qeydə alınmış 301 namizəddən 76-sı, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 73 yerə qarşı qeydə alınmış 161 namizəddən 73-ü, Bakı Ağır Cinayətlər Məhkəməsində 25 yerə qarşı qeydə alınmış 141 namizəddən 72-si test imtahanından uğurla keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR