Bank Of Baku

İsveçrədə Xəzərdə nərə balığının ovu ilə bağlı kvota müzakirə olunur

İsveçrədə Xəzərdə nərə balığının ovu ilə bağlı kvota müzakirə olunur
# 17 avqust 2011 08:06 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. İsveçrənin Cenevrə şəhərində SİTEC (Təhlükə altında olan flora və fauna növlərinin beynəlxalq ticarəti üzrə konvensiya) komitəsinin iclası başlayıb. APA-nın SİTEC-in internet saytına istinadən verdiyi məlumata görə, komitənin dörd günlük iclasında Xəzər dənizində nərə kürüsünün ticarətinə dair məsələ müzakirə ediləcək. SİTEC komitəsnin sayca 61-ci olan iclasında nərə balığı növünün kəskin azalmaması üçün kvota tədbirlərinin nəzərdən keçiriləcəyi gözlənilir. SİTEC komitəsinin gündəliyinə nərə kürüsünün satışı 48-ci yerdə qərarlaşıb. Komitə üzvləri nərə kürüsünün dünya boyunca mövcud satış miqyası, müvafiq kvotaların pozulub-pozulmaması və aparılan monitorinq tədbirlərini müzakirə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR