Bank Of Baku

Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanları keçirilir

Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanları keçirilir
# 17 avqust 2011 08:06 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Səhiyyə Nazirliyi (SN) tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanları keçirilir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanlar ümumi cərrahiyə və anesteziologiya – reanimotologiya ixtisasları üzrədir.
Qeyd edək ki, sertifikasiyaya dair test imtahanlarına 2011-ci ilin yanvar ayında start verilib. Sertifikasiya prosesinin birinci mərhələsində tibb mütəxəssislərinin hər biri ixtisaslarına uyğun test imtahanlarında iştirak edirlər. Birinci mərhələdən müvəffəqiyyətlə keçən tibb mütəxəssisləri ikinci mərhələyə - müsahibəyə dəvət olunurlar. Test imtahanları Səhiyyə Nazirliyinin Respublika Elmi-Tibbi Kitabxanasının binasında keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR