Bank Of Baku

Kür çayının Tiflisdən keçən hissəsində balıqlar kütləvi şəkildə məhv olur

Kür çayının Tiflisdən keçən hissəsində balıqlar kütləvi şəkildə məhv olur
# 17 avqust 2011 09:06 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Kür çayının Gürcüstan paytaxtından keçən hissəsində balıqların kütləvi məhv olması müşahidə edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu, Tiflisin Didube yaşayış massivinədək olan sahədə qeydə alınıb. Gürcüstanın Ətrafı Mühafizə Nazirliyindən bildirilib ki, bununla bağlı Kür çayından nümunə götürülüb və aparılan analizlərin cavabı sabah açıqlanacaq.
Kür sahilində balıq tutmaqla məşğul olan şəhər sakinləri belə hadisənin ilk dəfədir baş verdiyini qeyd ediblər. Onlar balıqların qırılmasını suda zəhərli maddələrin olması ilə izah edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR