Bank Of Baku

Yaxın günlərdə Azərbaycan paytaxtında qısamüddətli yağış yağacağı proqnozlaşdırılır

Yaxın günlərdə Azərbaycan paytaxtında qısamüddətli yağış yağacağı proqnozlaşdırılır
# 17 avqust 2011 09:18 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Sabah Bakıda və Abşeron yarımadasında havanın
dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 30-34 dərəcə isti olacaq, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Avqustun 19-da havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 18-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Avqustun 19-da bölgələrdə gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şimal və qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR