Bank Of Baku

İnternetdə ən populyar ilk 5 sayt hansıdır? - REYTİNQ

İnternetdə ən populyar ilk 5 sayt hansıdır? - <font color=red>REYTİNQ</font>
# 17 avqust 2011 09:26 (UTC +04:00)
APA-nın Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun internet saytına istinadən yaydığı məlumata görə, şirkət qlobal şəbəkədə ən populyar 500 saytın daxil olduğu yeni reytinq cədvəlini tərtib edib. Cədvəldə 1-ci yeri “Google” axtarış sistemi tutur. Reytinq cədvəlində iki və üçüncü pillələrdə dünyanın ən iri sosial şəbəkəsi “Facebook” (44,43 faiz) və İnternet istifadəçiləri arasında böyük populyarlıq qazanan “YouTube” (30,56 faiz) videohostinqi qərarlaşıb. İlk beşliyə “Yahoo” və “iGoogle” şirkətlərinin saytları da daxil olub. Reytinqin onluğuna Çinin “Baidu” axtarış sistemi, “Wikipedia”, “Microsoft” şirkətinin “Live” servisi, “Twitter” sosial şəbəkəsi və Çinin digər bir populyar saytı - QQ daxildir.

Xatırladaq ki, “Google” şirkəti də analoji reytinq cədvəlini hazırlayır. Şirkət reytinqi tərtib edərkən özünü bu sıralara daxil etmir. Reytinqdə birinci yeri “Facebook” sosial şəbəkəsi, ikinci yeri isə “YouTube” videohostinqi tutur. “Google” şirkətinin statistik məlumatlarına əsasən, hər ay “Facebook”da 800 milyon istifadəçi 900 milyard səhifəyə, “YouTube” videoxostinqində isə 800 milyon istifadəçi 100 milyard səhifəyə daxil olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR