Bank Of Baku

Ötən ay əhali arasında 114 qida zəhərlənməsi hadisəsi baş verib

Ötən ay əhali arasında 114 qida zəhərlənməsi hadisəsi baş verib
# 17 avqust 2011 10:22 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən iyul ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 74 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunub, 10 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 642, mikrobioloji göstəricilərinə görə 195 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Müayinələrin 5-də orqanoleptik və fiziki-kimyəvi, 2-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyənləşib.
Şadlıq evlərindən 2443 yaxma, 7 soyuq qəlyanaltı nümunəsi götürülmüş, yaxma nümunələrinin 38-də mikrobioloji çirklənmə aşkarlanıb.
İyulda əhali arasında 114 qida zəhərlənməsi hadisəsi baş verib, 127 nəfər zərərçəkən olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR