Bank Of Baku

Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 10% artıb

Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 10% artıb
# 17 avqust 2011 14:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,3% artaraq 352,7 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Ecnomics»ə verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı neft sektorunda 1 177 manat, qeyri-neft sektorunda 329,6 manat, dövlət bölməsində 292,3 manat, özəl bölmədə isə 456 manat təşkil edib.

«Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olub», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 183,7 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 327,1 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR