Bank Of Baku

«Qaradağ Sement» tələbələr üçün müsabiqə keçirib

«Qaradağ Sement» tələbələr üçün müsabiqə keçirib
# 17 avqust 2011 14:55 (UTC +04:00)
Bakı – APA-Economics. «Qaradağ Sement» ASC may ayında Memarlıq və İnşaat Universitetinin II və III kurs tələbələri arasında «Gənclər Mərkəzi» layihəsinin inşası, interyer və eksteryeri üzrə müsabiqə elan edib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, mükafat fondu 1500 manat olan müsabiqənin yekun mərhələsinə 9 layihə təqdim edilib. Təqdim olunan layihələr Beynəlxalq «Holcim Award» Fondunun davamlı inşaat meyarlarına əsaslanır. Bunlar innovasiya və köçürülə bilmə qabiliyyəti, etik standartlar və sosial bərabərlik, ətraf mühit və resurslardan səmərəli istifadə, iqtisadi səmərəlilik və faydalılıq və estetik təsirdir.

Ən yaxşı «Gənclər Mərkəzi» layihəsinin qalibi «Memarlıq» fakültəsinin III kurs tələbəsi İlkin Mursalı elan edilib. Mükafatlandırma mərasimi «Qaradağ Sement» ASC-nin baş ofisində keçirilib.

Xatırladaq ki, «Qaradağ Sement» ASC «Holcim» qrupunun bir hissəsi olan və bazarı yerli və beynəlxalq tələblərə cavab verən tikinti malları ilə təmin edən bir şirkətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR