Bank Of Baku

“Qarabağ müharibəsi (Qısa tarix)” kitabı nəşr olunub

“Qarabağ müharibəsi (Qısa tarix)” kitabı nəşr olunub
# 18 avqust 2011 13:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının müəllifliyi ilə “Qarabağ müharibəsi (Qısa tarix)” kitabı nəşr olunub. QAT-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan, ingilis, rus dillərində çap olunan kitaba tarix elmləri doktoru Kərim Şükürov və tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova rəy veriblər. Kitab “Giriş”, “Ermənilərin ilk ərazi iddiaları”, “Erməni iddialarının sovet dövrü”, “Qarabağ müharibəsinin başlanması”, “Sovet imperiyasının süqutu və işğalın yeni mərhələsi”, “İşğalçı Ermənistanın irimiqyaslı hərbi yürüşləri”, “Atəşkəs dövrü və danışıqların davam etdirilməsi”, “Danışıqların “Praqa prosesi” mərhələsi, “Nəticə” bölmələrindən ibarətdir. Nəşrdə, həmçinin ardıcıl xronologiya da yer alıb. Kitabın yazılması üçün Azərbaycan, erməni mənbələrindən, dövrü mətbuatdakı materiallardan istifadə olunub.

Kitabın hər üç dildəki variantlarının elektron versiyası ilə www.karabakh-doc.azerall.info saytında da tanış olmaq olar.

Kitablar Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində tərcümə edilib və çap olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR