Bank Of Baku

Xınalıqda aparılan arxeoloji qazıntılar zamanı qədim yaşayış məntəqəsi və kurqan aşkarlanıb

Xınalıqda aparılan arxeoloji qazıntılar zamanı qədim yaşayış məntəqəsi və kurqan aşkarlanıb
# 18 avqust 2011 13:06 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. Azərbaycanın Quba rayonunun ən qədim yaşayış məntəqələrindən sayılan Xınalıqda arxeoloji qazıntılara başlanılıb. Ərazidə çalışan arxeoloq İdris Əliyevin APA-nın şimal bürosuna verdiyi məlumata görə, qısa vaxt ərzində aparılan arxeoloji qazıntılar zamanı Xınalıq Dövlət Qoruğunun ərazisindən qədim yaşayış məntəqəsi və kurqan aşkarlanıb. Arxeoloqun sözlərinə görə, tapıntıların olduqca qədim bir dövrə aid olması şübhəsizdir. Həmçinin kurqanın yerləşdiyi ərazidə insanların qədim yaşayış məskəni olduğu ehtimal olunan bir neçə mağara da aşkarlanıb. Bütün dəqiq məlumatlar isə ərazidə aparılan tədqiqat işləri başa çatdıqdan sonra məlum olacaq. Arxeoloji qazıntılar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR