Bank Of Baku

Şərur rayonunda Alt Paleolit dövrünə aid yeni maddi-mədəniyyət nümunələri aşkar edilib

Şərur rayonunda Alt Paleolit dövrünə aid yeni maddi-mədəniyyət nümunələri aşkar edilib
# 18 avqust 2011 13:48 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Naxçıvan arxeoloji ekspedisiyası Şərur rayonu ərazisində yerləşən Ovçulartəpəsi qədim yaşayış yerində apardıqları qazıntı işləri zamanı Alt Paleolit dövrünə aid 3 əmək aləti aşkar edib. İnstitutun şöbə müdiri Vəli Baxşəliyevin APA-ya verdiyi məlumata görə, ərazidə aparılan tədqiqatlar zamanı əldə olunan alətlər Ovçulartəpəsi yaşayış yerinin nəinki Azərbaycanda, hətta dünyada ən qədim yaşayış yerlərindən biri olduğunu sübut edir.
Qeyd edək ki, Azərbaycan-Fransa ekspedisiyası tədqiqatlara avqustun əvvəllərindən başlayıb. Ekspedisiya üzvlərinin bir qrupu Duzdağ ərazisində də kəşfiyyat xarakterli qazıntı işləri aparır. Arxeoloji qazıntılar sentyabrın sonunadək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR