Bank Of Baku

Azərbaycanın çaylarında mövcud vəziyyətlə bağlı məlumat açıqlanıb

Azərbaycanın çaylarında mövcud vəziyyətlə bağlı məlumat açıqlanıb
# 18 avqust 2011 14:48 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Departamentdən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Şəki-Zaqatala bölgəsi çaylarında sululuq ongünlük normanın 95-100, Quba-Xaçmaz bölgəsi çaylarında 100-195, Lənkəran-Astara bölgəsi çaylarında 40-125, Kiçik Qafqazın çaylarında 110-120, Naxçıvan MR-sı çaylarında isə normanın 40 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 105 kubmetr /saniyə, ongünlük normanın 78 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 68,0 kubmetr/saniyə olmaqla, ongünlük normanın 101 faizini təşkil edir.

Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 411, Şirvanda 287, Salyanda 289, Bankədə 249, Araz çayının Novruzlu məntəqəsində isə 156 santimetrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR