Bank Of Baku

Azərbaycanda yeni siqaret qutularının tətbiqinə 2012-ci ilin yanvarında başlanacaq

Azərbaycanda yeni siqaret qutularının tətbiqinə 2012-ci ilin yanvarında başlanacaq
# 18 avqust 2011 15:00 (UTC +04:00)
Bu dəyişiklik nəticəsində sentyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan AZS 335-2009 «Tütün məmulatları. Qablaşdırma və markalanma» dövlət standartının tətbiqi 2012-ci ilin yanvarınadək təxirə salınıb.

Komitədən «APA-ECONOMICS»ə verilən məlumata görə, standartın tətbiqinin ləngiməsi ölkənin tütün məmulatı istehsalçılarının xahişi ilə olub. Xüsusilə ölkənin ən iri tütün məmulatları istehsalçısı olan «European Tobacco-Baku» şirkəti Komitəyə müraciətində bildirib ki, müəssisədə hələ əvvəlki standartlarla istehsal edilib qablaşdırılmış kifayət qədər məhsul var və standartın tətbiqinə (sentyabrın 1-dək) qədər onları reallaşdırmaq mümkün olmayacaq. «Buna görə də komitə istehsalçıların itkilərə məruz qalmaması üçün standartın tətbiqinin vaxtını dəyişib», - deyə Komitədən bildirilib.

Xatırladaq ki, siqaret qutuları ilə bağlı standartların tətbiqi vaxtı artıq ikinci dəfədir ki, uzadılır. Belə ki, adı çəkilən standartın hələ mayın 1-dən qüvvəyə minməsi nəzərdə tutulsa da, eyni səbəbdən – istehsalçıların xahişinə uyğun olaraq onun tətbiqi sentyabrın 1-ə, indi isə bu, 2012-ci ilin əvvəlinə keçirilib.

Qeyd edək ki, «Tütün məmulatları. Qablaşdırma və markalanma» dövlət standartının tətbiqində əsas yenilik siqaret qutularının dizaynı ilə bağlıdır. Belə ki, yeni standartda nəzərdə tutulan tələblərə görə, siqaretin qutusunun ön və arxa tərəflərinin sahəsinin 30%-i siqaretin əks təbliğatına həsr olunmalıdır – burada «Siqaret çəkmək sizin sağlamlığınıza ziyandır» və «18 yaşa çatmayan vətəndaşlara satıla bilməz» sözləri yazılmalıdır. Belə yazılı siqaretləri Azərbaycanda 2012-ci ilin əvvəlindən satılmağa başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR